Anlayışlar arxivi · fəlsəfə, psixologiya, elm, cəmiyyət
← Məqalələr
Lüğət
Bu bazada işlədilən terminlər və seçimlərin əsaslandırması. Azərbaycan dilində bu terminlərin çoxunun oturuşmuş qarşılığı yoxdur — burada seçim edilir və səbəbi yazılır.
axın (ing. flow)“Cərəyan” fiziki, “transa girmə” mistik çalar daşıyır. “Axın” həm hərfi tərcümədir, həm hadisənin hissini verir — zamanın axıb getməsi.
emergentlik (ing. emergence)“Meydanaçıxma” süni səslənir, “yaranma” isə mənanı itirir — yeni keyfiyyətin gözlənilməzliyini vermir. Beynəlxalq kök saxlanılıb.
falsifikasiya (ing. falsifiability)“Təkzibolunma” mümkün qarşılıqdır və mətn içində işlədilir, amma termin kimi beynəlxalq forma saxlanılıb — Popper ədəbiyyatında axtarışı asanlaşdırmaq üçün.
konformizm (ing. conformity)“Uyğunlaşma” neytraldır və təkamüli adaptasiya ilə qarışır; konformizm konkret hadisədir — qrup təzyiqi altında mühakimənin əyilməsi.
koqnitiv qərəz (ing. cognitive bias)“Meyillilik” çox yumşaqdır, “xəta” isə çox sərt — bias sistematikdir, amma həmişə səhv nəticə vermir. “Qərəz” ikisinin arasını tutur.
öyrənilmiş acizlik (ing. learned helplessness)“Çarəsizlik” də mümkündür, amma “acizlik” subyektin daxili halını daha dəqiq verir — çarə yox deyil, çarə axtarışı sönüb.
ressentiment (fr./alm.)Tərcümə edilmir — Nitsşe özü də almancada fransız sözünü saxlayıb, çünki “küskünlük” və ya “kin” anlayışın yalnız yarısını verir.
təslimçilik (ing. resignation)“Təslim olma” hərbi çalar daşıyır; burada ekzistensial mövqe nəzərdə tutulur — mübarizədən daxili imtina.
üstinsan (alm. Übermensch)“Superinsan” komiks çaları daşıyır, “fövqəlinsan” ağır kalkadır. “Üstinsan” türk dilləri ənənəsinə uyğundur və orijinalın quruluşunu saxlayır.
üsyan (fr. révolte, Kamyuda)“Qiyam” siyasi, “etiraz” zəifdir. Kamyunun révolte-u metafizik aktdır — “üsyan” bu ağırlığı daşıyır.